Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalından 25 il ötür

0

  •         28.12.2016-cı il tarixdə Gəncə şəhərində Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsinin işğalının 25-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Gəncə şəhərindən olan millət vəkili Pərvin Kərimzadə, 122 saylı Xankəndi seçki dairəsindən deputat seçilmiş Flora Qasımova, Xocalı rayon İH-nin başçısının müavini Lamiyə Qarayeva, Gəncə şəhərində müvəqqəti məskunlaşmış Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinləri, Gəncə şəhərinin ziyalı şəxsləri, gənclər iştirak etdilər.
            Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin Şəhidlər Xiyabanına baş çəkərək şəhidlərimizin müqəddəs ruhunu yad etdilər. Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə Vətən torpaqları uğrunda şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış "Yaşam mücadiləsi" adlı videoçarx nümayiş etdirildi.
            Tədbiri giriş sözü ilə Kərkicahan qəsəbə İƏDÜ nümayəndəsi Dərgah Haqverdiyev açaraq Xankəndində və Kərkicahanda baş verən hadisələrdən, ermənilərin yeritdiyi mərhələli işğalçılıq siyasətindən danışdı. Dərgah müəllim bildirdi ki, Xankəndində və Kərkicahanda yaşayan sakinlər düşmənlərə qarşı igidliklə döyüşdülər. Ermənilərin təcavüzü nəticəsində yüzlərlə şəhid verdik, çoxlu sayda insan əlil oldu və doğma el-obasından didərgin düşdülər. Əgər rusların Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi olmasaydı, ermənilər heç bir işğal planını həyata keçirə bilməzdilər. Kərkicahan sakinləri işğaldan sonra da düşmənlə mübarizə apardılar. Heç bir zaman bədbin ruhda olmayıblar. Xankəndi sakinləri respublikanın 38-dən artıq şəhər və rayonlarında doğma el-obalarımıza qayıdacağı günün ümidi və arzu ilə müvəqqəti məskunlaşıb. Onlar hər zaman Cənab Prezidentimiz İlham Əliyevin bir çağırışına müntəzirdirlər.
            Sonra çıxış edən millət vəkili Flora Qasımova Qarabağ mövzusunun daim aktual saxlanılmasının vacibliyini qeyd etdi. O, çıxışında bildirdi ki, ermənilər "Böyük Ermənistan" yaratmaq xülyası ilə ruslardan aldığı dəstəklə tarixi torpaqlarımızı işğal etməyə nail oldular. İndi ermənilər bizim toponimləri dəyişir, təbii sərvətlərimizi talayırlar.
            Kərkicahan camaatı qorxmaz və qoçaq camaatdır. Kərkicahanlılar bir neçə dəfə köçkünlük həyatı yaşamağa məcbur olmuşlar. Xocalıda erməni qəsbkarları tərəfindən  hər iki valideyni qətlə yetirilən 25 nəfər uşaqdan 5-i Xankəndindən Xocalıya köçən sakinlərdəndir.
            Xristian həmrəyliyi, dünyanın ikili standartı işğalçı ölkənin tərəfini saxlayır. Bizim milli birliyə ehtiyacımz var. Aprel döyüşləri bizim ümidimizi daha da artırdı. Azərbaycanın güclü ordusu var. Biz sülh tərəfdarı olsaq da, sülh danşıqları nəticə verməzsə müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik.
            Bu gün bu tədbirin  keçirilməsində həmkarım Pərvin Kərimzadəyə və Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyevə təşəkkürümü bildirirəm.
            Daha sonra çıxış üçün söz Xocalı rayon İH başçısının müavini Lamiyə Qarayevaya verildi. Lamiyə xanım Xocalı soyqırımının canlı şahidlərindən biri kimi, Xocalıda valideynlərindən birini itirmiş 130 uşaqdan biri kimi sizin yaşadığınız kədərə şərikəm. Biz hər birimiz gördüyümüz işlərlə düşmənlərə öz sözümüzü deməliyik.
            Dünya dövlətləri bizim ölkənin uğurlarına şahidlik edir. Bütün dünya dövlətləri etiraf edir ki, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımaması Qarabağ probleminin həllini getdikcə uzadır. Regionun təhlükə mənbəyi kimi qalmasına şərait yaradır. Ancaq biz inanırıq ki, Azərbaycan xalqının güclü iradəsi, ciddi hazırlıq səviyyəsi və hər zaman ədalətli qələbə çalması faktoru biz tezliklə doğma torpaqlarımızı işğaldan azad edək. Gəncə şəhəri əhalisi də Qarabağ müharibəsində şəhidlər verib, məcburi köçkünlərə öz diqqət və qayğılarını əsirgəməyiblər.
            Tədbirin sonunda Xocalı rayon Kərkicahan qəsəbəsi Natiq Şahmuradov adına 6 saylı tam orta məktəbin şagirdləri vətənpərvər ruhda yazılmış şeirlər səsnləndilər.
            Tədbir doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.








    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib37 dəfə
    Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin işğalından 25 il ötür

    Maraqlı gələ bilər
    29
    37
    31